• 26 Dekabr 2024 18:26

Ermənistan parlamentində dava – Vardanyan döyüldü, xəstəxanadadır

 

Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan deputatı Mher Saakyan parlament komissiyasında qapalı müzakirə zamanı hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.

“Parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasında qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasından olan deputat Mher Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edib, onu vurub, bədən xəsarəti yetirib və qaçıb”, – Konjoryan bildirib.

Yerkir.am portalı yazır ki, komissiyanın iclası zamanı komissiya sədri Vardanyan Saakyana səsini ucaldıb, daha sonra yerindən atılaraq ona irad bildirən deputata hücum çəkməyə cəhd edib.

“Artıq dava olub, hüquq-mühafizə orqanları müdaxilə edib və Saakyanı Milli Assambleyadan aparıblar”, – nəşr yazır.

Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib. Mətbuatda Saakyanın polis şöbəsinə aparıldığı barədə məlumat yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər