• 02 Dekabr 2024 00:11

Qaraciyər xəstəliklərinə qarşı təbii reseptlər – XALQ TƏBABƏTİ

 

Qaraciyər xəstəliyinə (serroz) tutulmuş xəstələri təbii qidalar və otlarla müalicə etmək mümkündür. 

  • Zəfəranla qaraciyər xəstəliklərindən sağaltmaq olar.

İstifadə qaydası:

1 qram qurudulmuş zəfəranı yarım litr qaynadılmış suda 30 dəqiqə müddətində dəmləyərək, gündə 3 dəfə 100-150 ml içmək olar. Müalicəni 2-2,5 ay qədər davam etdirmək lazımdır.

  • Qaraciyər xəstəliyinə qarşı acıqovuq otundan hazırlanmış dərman yaxşı təsir göstərir.

İstifadə qaydası:

Çiçək açan dövrda bitkinin yerüstü hissəsini toplayır, açıq havada qurudur, sonra xırdalayırlar. Ondan 1 xörək qaşığı götürüb 1 stakan suda dəmləmək lazımdır. Səhər və axşam yeməkdən əvvəl çay kimi içmək tövsiyə olunur.

  • Qaraciyər iltihabında kasnı çayı münasib hesab edilendərmanlardandır.

İstifadə qaydası:

Kasnı bitkisi çiçək açan dövrdə onun yerüstü hissələrini və kökünü toplayır, günəşli havada qurudur, doğrayıb həvəngda qarışdıraraq toz halına salırlar. Bu tozdan 40 gram götürüb 1 litr suda dəmləyirlər.

Dozası:

Gündə 3 dəfə yarım stəkan içməli. Bu çay həm də sidikqovucu təsirə malikdir.

  • Qaraciyər xəstəliyi zamanı püstə yemək yaxşı təsir edir.

  • Portağal yemək qaraciyər xəstəliyinin müalicəsini asanlaşdırır.

  • Yemiş və xiyar tumu yemək qaraciyər üçün xeyirlidir.

  • Xırdalanmış zəyərək toxumlarının dəmləməsi qaraciyər ağrılarında sakitləşdirici dərman kimi istifadə edilə bilər.

  •  Qaraciyər xəstəliklərində qara qarağatın budaqlarını çay kimi dəmləyib içmək olar.

  • Çiyələk yemək qaraciyər xəstəliklərinə qarşı müsbət təsir göstərir.

Tacxeber.com

Oxşar xəbərlər