Qaraciyər xəstəliklərinə qarşı təbii reseptlər – XALQ TƏBABƏTİ
Qaraciyər xəstəliyinə (serroz) tutulmuş xəstələri təbii qidalar və otlarla müalicə etmək mümkündür.
-
Zəfəranla qaraciyər xəstəliklərindən sağaltmaq olar.
İstifadə qaydası:
1 qram qurudulmuş zəfəranı yarım litr qaynadılmış suda 30 dəqiqə müddətində dəmləyərək, gündə 3 dəfə 100-150 ml içmək olar. Müalicəni 2-2,5 ay qədər davam etdirmək lazımdır.
-
Qaraciyər xəstəliyinə qarşı acıqovuq otundan hazırlanmış dərman yaxşı təsir göstərir.
İstifadə qaydası:
Çiçək açan dövrda bitkinin yerüstü hissəsini toplayır, açıq havada qurudur, sonra xırdalayırlar. Ondan 1 xörək qaşığı götürüb 1 stakan suda dəmləmək lazımdır. Səhər və axşam yeməkdən əvvəl çay kimi içmək tövsiyə olunur.
-
Qaraciyər iltihabında kasnı çayı münasib hesab edilendərmanlardandır.
İstifadə qaydası:
Kasnı bitkisi çiçək açan dövrdə onun yerüstü hissələrini və kökünü toplayır, günəşli havada qurudur, doğrayıb həvəngda qarışdıraraq toz halına salırlar. Bu tozdan 40 gram götürüb 1 litr suda dəmləyirlər.
Dozası:
Gündə 3 dəfə yarım stəkan içməli. Bu çay həm də sidikqovucu təsirə malikdir.
-
Qaraciyər xəstəliyi zamanı püstə yemək yaxşı təsir edir.
-
Portağal yemək qaraciyər xəstəliyinin müalicəsini asanlaşdırır.
-
Yemiş və xiyar tumu yemək qaraciyər üçün xeyirlidir.
-
Xırdalanmış zəyərək toxumlarının dəmləməsi qaraciyər ağrılarında sakitləşdirici dərman kimi istifadə edilə bilər.
-
Qaraciyər xəstəliklərində qara qarağatın budaqlarını çay kimi dəmləyib içmək olar.
-
Çiyələk yemək qaraciyər xəstəliklərinə qarşı müsbət təsir göstərir.