• 27 Dekabr 2024 00:05

“Sizin vasitənizlə Fəxrəddinə demək istəyirəm ki…” – Zaurun mobil nömrəsini 

 

“Təxminən 1 ay əvvəl “Elçilik” filminin çəkilişləri üçün Bakıya gəldim. Hər kəs məndən Fəxrəddinə bəslədiyim münasibəti soruşur. Hamı elə bilir ki, biz hələ də danışmırıq. Mən tərəfdən heç bir problem yoxdur, inanıram ki, onda da elədir. Çox istərdim ki, Bakıya gələndə onunla görüşüm. Bilirəm ki, çox məşğul bir insandır. Nömrəsini itirmişəm. Yəqin ki, o da mənim telefon nömrəmi itirib. İtirməsəydi inanmıram ki, bu illər ərzində mənimlə əlaqə saxlamasın. Sizin vasitənizlə Fəxrəddinə müraciət edib, ona “əziz dostum, səni çox istəyirəm” demək istəyirəm. İnanıram və ümid edirəm ki, bu dəfə Azərbaycana gələndə onunla görüşəcəm”

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.

Aktrisa şəxsi həyatından da danışıb.

“Bir dəfə ailə həyatı qurmuşam. O vaxt 17 yaşında idim. 1 il evli qaldım, sonra ayrıldım. Məni məcburi ərə verməmişdilər, özüm istəmişdim. Sonra ailə həyatı qurmadım, çünki evlənə biləcəyim bir insan qarşıma çıxmadı. Bir qızım var, bir də nəvəm. İndiyə qədər qızımın mətbuata çıxmasına qarşı olmuşam. Çünki məşhur şəxslərin övladları rahat həyat yaşamırlar, məbuat, media onları narahat edir. Bu da onun psixoloji durumuna mənfi təsir edir” deyə sənətçi bildirib.

“Təhminə və Zaurun sevgisi kimi bir sevgi yaşamaq istərdinizmi?” sualına isə aktrisa belə cavab verib.

“Əlbəttə istərdim. Gənc yaşlarımda bunu daha çox istərdim. Amma heç kim istəməzdi ki, sonu belə olsun. Sonunun belə olmayacağı təqdirdə istərdim. Zaur sonda Təhminəyə qarşı çox dəyişir. Demək ki, o mənim qədər sevməyib. Təhminə sevgisi üçün ölürdü, Zaurun heç vecinə də deyildi. Onun həyatı qaldığı yerdən davam edirdi. Təhminənin yaşadığı həqiqi bir eşq idi, eşqi də onu ölümə götürdü. Mən də həyatda bu cür xasiyyətə malikəm. Sevdiyim insan üçün canımı belə qurban verərəm. Bəlkə də ona görə səmimi, içdən oynadım” deyə Meral Konrat bildirib.

Meral Konrat Bakıda yaşamaq istəməsi ilə bağlı sualı bu cür cavablandırıb.

“Çox istərdim. Bakını çox sevirəm. “Təhminə” filminin çəkilişlərində bir il gedib-gəldim. Artıq “Elçilik” filmindən sonra burada yaşamaq istərdim. İnanıram ki, mənə yeni təkliflər də gələcək” deyə aktrisa bildirib.

Tacxeber.com

Oxşar xəbərlər