• 26 Noyabr 2024 11:14

Amerikalı alimdən FƏRYAD: Bunu dayandırın, yoxsa hamı öləcək

 

Amerikalı alim Eliezer Yudkovski süni intellekt sayəsində Yer kürəsindəki bütün insanların həyatına təhlükə barədə xəbərdarlıq edib və bəşəriyyəti xilas etmək üçün istənilən neyron şəbəkələri söndürməyə çağırıb .

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Time” nəşrinə yazıb.

Alim qeyd edib ki, İlon Mask ve Stiv Vozniak məsələni ciddi qəbul etmir.

“Mən də daxil olmaqla, bu problemlərlə məşğul olan bir çox tədqiqatçı, indiki vəziyyətə fövqəlbəşər süni intellektin yaradılmasının Yer kürəsində, sözün əsl mənasında hər kəsin öləcəyinə gətirib çıxaracağını olacağını gözləyir”, – Yudkovski vurğulayıb.

Onun fikrincə, süni intellekt ümumən intellektual həyata əhəmiyyət vermir, bəşəriyyət hələ də belə texnologiyaların tətbiqindən uzaqdır.

Alim bütün dünyada, o cümlədən hökumətlər və ordu üçün süni intellektdən istifadəni qeyri-müəyyən müddətə qadağan etməyi təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər