B12 çatışmazlığının simptomları nələrdir? – FOTO
Bədənin fəaliyyətində bir çox mühüm funksiyaları olan B12 vitamini hüceyrə əmələ gəlməsini təmin edir, immuniteti, yaddaşı gücləndirir, öyrənməyə kömək edir, sinir sisteminin düzgün və sürətli işləməsini təmin edir. B12 vitamini əksik olduqda isə bir sıra fəsadlara yol açır.
Tacxeber.com B12 vitamin çatışmazlığı zamanı ortaya çıxan simptomları təqdim edir.
Bu vitaminin çatışmazlığı tədbir görülmədikdə nevroloji və psixi problemlərə səbəb ola bilər.
Bu zaman sinir sisteminin pozulması, əllərdə və ayaqlarda uyuşma, qan azlığı, arıqlama, yeriməkdə çətinlik, tarazlığın itirilməsi, unutqanlıq, ürək döyüntüsü, əhval-ruhiyyənin pozulması, yorğunluq kimi simptomlara da rast gəlinir.
Bunların arasında Kron xəstəliyi (iltihablı bağırsaq xəstəliyi), qastrit, nazik bağırsaq problemləri, zərərli anemiyanın olması kimi problemlər də var.
B12 vitamini ehtiva edən qidalar:
Toyuq, balıq, mal əti, böyrək və qaraciyər, karides balığı, süd, yumurta, pendir, qatıq, mərci, lobya, noxud və s.//Bakupost.az
Tacxeber.com