• 02 Dekabr 2024 00:49

“Biri borca pul istəyir, xahiş edirəm, artıq yardıma aid heç nə yazmayın” – Kamil Zeynallı

 

İdmançı Kamil Zeynallı “Gül kimi” verilişində açıqlaması ilə diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, Kamil Zeynallı bu sözləri deyib:

“İnsanda həmişə saflıq var. Sadəcə insanı həyatda iyrəndirirlər, çirkinləşdirirlər. İstər-istəməz insanın duyğuları da ləkələnir. Deyirsən nə qədər mərhəmətli olmaq olar. Onsuz da bu insanlar düzələn deyillər. Ömür boyu yaxşılıq elə, üç-beş gün etmə, hər şey yaddan çıxacaq və ən pis insan sən olacaqsan. İnstaqramda yazmışam ki, xahiş edirəm, artıq yardıma aid heç nə yazmayın. İnsanlar var ki, ehtiyacı var, kefindən yazmırlar. Allah köməkləri olsun. Kirayə pulu, təhsil haqqı, bankın krediti üçün, xəstədir, deyir ki, dərmanlarımı al. Yaxud da biri borca pul istəyir. Axı, bunu edə bilmirəm. Pandemiyada dost, qardaşların yardımı ilə etmişəm”./Teleqraf

Tacxeber.com

Oxşar xəbərlər