• 22 Noyabr 2024 17:11

Dünyada bir ilk: silahla yeməyi dəyişəcəklər

 

Şimali Koreya yemək qarşılığında Rusiyaya silah-sursat verəcək.

Tacxeber.com xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib. O bildirib ki, qida böhranı ilə mübarizə aparan Şimali Koreya silah qarşılığında Rusiyadan qida idxal edəcək

“Rusiyanın Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çalışdığını öyrəndik. Onlar Şimali Koreyaya silah-sursat müqabilində ərzaq təklif ediblər”,-deyə Kirbi əlavə edib.

Qeyd edək ki, bir ildən çoxdur Ukraynada müharibə aparan Rusiya canlı qüvvə və thərbi texnika itkisinə görə  çətinliklərlə üzləşib.

Xatırladaq ki, ərzaq çatışmazlığı Şimali Koreya üçün qeyri-adi hal deyil. Lakin sərhəd nəzarəti, pis hava və sanksiyalar illər ərzində vəziyyəti daha da pisləşdirib.
Bildirilir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi də ərzaq çatışmazlığından təşvişə düşüb və Ümumdünya Ərzaq Proqramından (WFP) kömək istəyib.
Şimali Koreya 2022-ci ildə 2021-ci ilə nisbətən 180 min ton az qida istehsal edib. Dövlət mediası da ötən ilin sonlarında ölkədə “ikinci ən pis” quraqlığın yaşandığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər