Belarus Prezidenti Aleksandr Lukaşenko arıqlayacağına söz verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Belarus lideri bunu Milli Assambleyada çıxışı zamanı bildirib.
Lukaşenko çıxışı əsnasında qiymətqoyma mövzusuna toxunaraq, malların maya dəyərini tənzimləmək qərarının düzgün olmasının vacibliyini qeyd edib.
“Bəzi şəxslər bildirir ki, yeməyə bir şey qalmayacaq, sabah hamı o qədər arıqlayacaq ki, dəri-sümük qalacaq. Kim arıqlayıb?” – bu sualdan sonra zalda sükut hökm sürüb, Prezident ona baxmağı təklif edib.
Salonda alqış sədaları və gülüş səsləri eşidilib. “Niyə alqışlayırsız? Mən arıqlamışam? Lakin mən bunun öhdəsindən gələcəm”, – deyə Lukaşenka söz verib.