• 10 Dekabr 2024 15:17

Yüsək təzyiqdən əziyyət çəkənlər bunları YEMƏMƏLİDİR

 

Təzyiq göstəriciləri qidalanma vərdişlərimizlə sıx əlaqəlidir. Bəzi qida məhsullarının müntəzəm istehlakı təzyiqin yüksəlməsinə və gələcəkdə hipertoniya xəstəliyinin inkişafına şərait yaradır.

Belə məhsulların qəbulunu minimuma çatdırmaq, bəzilərindən isə tam imtina etmək lazımdır.

Bu hansı qidalardır? Saglamolun.az Express Health-a istinadla bildirir ki, ekspertlər təzyiqin artmasına səbəb olan 5 növ məhsulu açıqlayıb.

– Duz. Duzun tərkibində olan natrium bədəndə mayeni saxlayır ki, bu da damarları və ürəyi yükləyir, təzyqiqn yüksəlməsinə səbəb olur. Duzun qəbulunu minimuma azaltmaq lazımdır. Fast-fud, yarımfabrikatlar, dükanlarda satılan hazır yeməklər, hisə verilmiş qidalar, şorabalar, pizza duzla xüsusilə zəngin olduğundan bu kimi qidalardan tam imtina etmək lazımdır.

– Kolbasa, sosis və s. bu kimi məhsullar. Onların tərkibində duzun miqdarı həddindən artıq çoxdur.

– Şəkər damarlarda iltihab yaradır ki, bu da aterosklerozun inkişafına təkan verir. Ateroskleroz zamanı  damarlarda xolesterinin yığılması nəticəsində damarlar daralır və bu təzyiqin artmasına səbəb olur.

– Trans yağların çoxlu miqdarda istehlakı qanda pis xolesterinin səviyyəsinin qalxmasına gətirib çıxardır. Artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarlar daralır və təzyiq qalxır.

Transyağlarla xüsusilə zəngin olan məhsullar bunlardır: hazır şirniyyətlar, marqarin, təbii olmayan süd məhsulları, yarımfabrikatlar.

– Spirtli içkilərin çoxlu miqdarda qəbulu təzyiqi qaldırır və həmçinin təzyiq dərmanlarının orqanizmə olan təsirini azaldır.

Mütəxəssislər hipertoniya xəstələrinə spirtli içkilərdən imtina etməyi tövsiyə edirlər.

Tacxeber.com

Oxşar xəbərlər