• 02 Dekabr 2024 00:38

“Rusiya vətəndaşı olmaq istəyirəm” – Amerikalı boksçu rinqdən Putinə səsləndi 

 

ABŞ boksçusu Kevin Blu ‘Kingpin’ Conson Rusiyada qalib gəldiyi görüşdən sonra Rusiya prezidenti Vladimir Putinə rinqdən səslənərək Rusiya vətəndaşı olmaq istədiyini bildirib.

Tacxeber.com xəbər verir ki, idmançının bu addımı dünya gündəmini zəbt edib.

“Cənab Vladimir Putin, əgər izləyirsinizsə və eşidirsinizsə, mən Kevin Consonam, Rusiyaya tam şəkildə yerləşərək karyeramı burada davam etdirmək istəyirəm”, – deyə Conson çıxışında deyib.

ABŞ-lı boksçunun Rusiyadan vətəndaşlıq istəməsi sosial şəbəkədə sürprizlə qarşılanıb.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər