Hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev yenə açıb ağzını, yumub gözünü. Müğənni televiziya proqramlarından birində Xalq artisti fəxri adını alanların çoxunu bu ada layiq görmədiyini deyib.
Mövzuyla bağlı Lent.az-a danışan müğənni emosiyalarını cilovlaya bilməyib.
“Efirdə nə demişəm, düz demişəm. Ət maşını müğənni buraxr. Yerindən duran “oxuyanam” deyir. Elə bir iki dənə tamaşaçısı var deyə hamıya sənətkar, Xalq artisti demək olar? Akif İslamzadə 30 ildir oxumur, amma unudulmur. Bir gün efirdə olmayanda unudulan, 3 günə populyarlaşan, lütlənib tanınan qızların hamısına sənətkar deyirlər indi. Tamaşaçısı çoxdur deyə Üzeyirə (Üzeyir Mehdizadə) də xalq artisti verək onda? Nə Röya, nə Faiq Ağayev, nə Miri Yusif Xalq artisti adına layiq deyillər. Miri Yusif nə iş görüb? İki dənə rep oxuyub, gedib oturub xaricdə. Buna görə adama sənətkar xalq artisti deyirlər? Hansı xalqın artistidir onlar? Kimin pulu var ad alır. Biabırçılıqdır”,- deyə o bildirib.