• 02 Dekabr 2024 00:19

Bütün Avropa Ukraynanın təslim olacağı günü gözləsin – Belik

 

Vladimir Zelenski danışıqlara yox, təslim olmağa hazırlaşmalıdır.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Parlamentarinin sözlərini “İzvestiya” sitat gətirir.

Belə ki, Belik polşalı general Valdemar Skrzypçakın Zelenskinin Polşaya səfərinin Rusiya ilə danışıqlar üçün koalisiya yaratmaq niyyəti ilə bağlı olduğunu irəli sürən sözlərini şərh edib.

Belik generalın əlində olan məlumatların etibarlılığına şübhə ilə yanaşdığını bildirib və təkcə Zelenskiyə deyil, bütün Avropaya Ukraynanın təslim olmasına hazırlaşmağı tövsiyə edib.

Deputat Polşanın Ukraynaya hələ də ərazi iddialarının olduğunu ayrıca vurğulayıb. “Varşava Ukrayna münaqişəsində öz maraqlarını, o cümlədən əvvəllər ona məxsus olan ərazilərə nəzarəti ələ keçirmək istəyini güdür”, – deyə Belik yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər