• 10 Dekabr 2024 16:42

Bir mismar istifadə edilmədən tikilən 400 illik qədim taxta körpü – FOTO

 

Bir mismar olmadan tikilmiş bu heyrətamiz dərəcədə gözəl körpü Dağıstanın Tabasaran rayonunun Culli kəndi yaxınlığında yerləşir. Bu tarixi abidə öz unikallığı ilə seçilir.

Tacxeber.com xəbər verir ki, möcüzəvi taxta körpü Dərbənd şəhərindən cəmi 74 km aralıdadır.

Yerli sakinlər Culidəki taxta körpünün bir mismar olmadan tikildiyini və 400-700 yaşı olduğunu iddia edirlər.

Yerli sakinlər tərəfindən tikilən körpüdə ancaq yerli ağac və daşdan istifadə edilib. İri ağaclar bir-birinə ancaq taxta şivlə bərkidilib. Onların bu bacarıq və mühəndislik qabiliyyətlərinə ancaq heyran olmaq qalır. Çünki tikili bura gələn hər turistin təəccübünə səbəb olur.

Bir çox yerli sakinlər körpünün hətta 700-800 yaşı olduğunu iddia edirlər. Lakin mütəxəssislər Culli körpüsünün 200 ildən çox olmadığını düşünür və onun tikintisini XIX əsrə aid edirlər.

Körpünün çox köhnə olmasına baxmayaraq, hətta onun 200 illik tarixi olsa belə, hazırda əla vəziyyətdədir və möhtəşəmliyi ilə insanı valeh edir. Üstəlik, dizayn çox etibarlıdır. Vaxtı ilə körpüdən ağır arabalı öküzlər keçirdisə, indi yüngül minik avtomobilinə asanlıqla tab gətirə bilir.

Körpünün hündürlüyü on metrə yaxındır.

Oxşar xəbərlər