• 22 Noyabr 2024 11:24

Əli Əliyevin partiyasının aqibəti necə olacaq? – AÇIQLAMA

 

“Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın təşkilatı işlər üzrə sədr müavini Zaur Qasımov deyib.

O bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin tələblərinə uyğun qeydiyyatdan keçmək üçün bütün sənədlər aidiyyatı qurumlara təqdim olunacaq:

“Vətəndaş və İnkişaf Partiyasının hər hansı partiyaya birləşmək kimi bir fikiri yoxdur. Başqa bir partiyadan da VİP-ə birləşməklə bağlı təklif gəlməyib. Belə bir təklif gələrsə onu müzakirə edərik”.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər