• 27 Dekabr 2024 07:18

Azərbaycan əsgərləri bayrağa görə erməni əsgərlərini döydü – Əlbəyaxa DAVA

 

Gorusun Tex (tarixi adı Dığ) kəndi istiqamətində Azərbaycan əsgərləri ilə erməni əsgərləri arasında əlbəyaxa davanın təfərrüatları ortaya çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Nəşrin Tex kəndindəki ermənilərdən əldə etdiyi məlumata görə, davaya səbəb bayraq məsələsi olub.

“Azərbaycan əsgərləri ərazidə istehkamlar tikməyə və üzərində bayraqları olan dirəklər basdırmağa başlayanda erməni əsgərlər də yaxınlıqda Ermənistanın bayrağı olan dirəklər basdırıb. Azərbaycan əsgərləri buna irad bildirib, bu hərəkətin onları qıcıqlandırmaq üçün bilərəkdən edildiyini deyiblər. Hər iki tərəf arasında 10 metr məsafə olub. Nəticədə mübahisə əlbəyaxa davaya səbəb olub. Azərbaycanlılar davada qalib gəliblər”, – kənd sakinləri nəşrə deyib.

Bu informasiyanın doğru olduğunu hesab etsək, detallar günahkarın ermənilər olduğunu göstərir. Erməni nəşri də yazdıqları ilə bunu təsdiq edir. Ümumilikdə 44 günlük müharibədən sonra dövlət sərhədinin bərpası zamanı ermənilər tərəfindən dəfələrlə təxribatlar törədilib. Azərbaycan əsgərləri də zaman-zaman onları döyərək, ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Ermənistanla sərhəddə hakim yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi nəticəsində işğal dövründə qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədinin bərpası prosesi bu istiqamətdə də həyata keçirilir. Gorusun Tex kəndi istiqamətində dövlət sərhədinin bərpası edilməsi ilə ermənilərin illərdir otlaq və əkin sahəsi kimi istifadə etdikləri ərazilərimiz də qaytarılıb. Hazırda ərazidə mühəndislik işləri həyata keçirilir.

Tacxeber.com

Oxşar xəbərlər