• 16 Sentyabr 2024 23:05

“Elgizlə izlə”də evlənən 65 yaşlı qadın hamilədir – VİDEO

 

ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək.

Tacxeber.com xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər bildirib. O, 65 yaşlı Həqiqət xanımın hamilə olduğunu deyib.

Aparıcı cütlüyü təbrik edərək onlara gözaydınlığı verib.

Xatırladaq ki, Həqiqət xanım ötən il aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə gəlib.

O, proqramda gənclik illərində başına gətirilən müsibətlərdən danışıb. 18 yaşında təcavüzə uğradığını və körpəsini anasının öldürdüyünü deyib.

Daha sonra Tolik onu evlənməsi üçün “Elgizlə izlə” proqramına aparıb. Həqiqət orada Qoçəli bəylə tanış olaraq ailə qurub.

Bir müddət əvvəl cütlüyün nişan və toy mərasimləri baş tutub.

 Tacxeber.com

Oxşar xəbərlər