• 23 Noyabr 2024 00:11

Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərdən üzr istəyib.

Tacxeber.com xəbər verir ki, Simonyan bu barədə “Facebook” hesabında yazıb.

“Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm”, – erməni spiker bildirib.

Qeyd edək ki, aprelin 2-də müxalif fəal Karen Mkrtçyanla spiker Simonyan arasında insident olub. Mkrtçyan canlı yayımda deyib ki, paytaxtın mərkəzində Alen Simonyanı görüb və onu “satqın” adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb.

Tacxeber.com

Oxşar xəbərlər