• 22 Noyabr 2024 12:33

Tanınmış pediatr deputata cavab verdi: “Dərmanlar o qədər keyfiyyətsizdir ki, adi qızdırmanı aşağı sala bilmirsən”

 

Milli Məclisin Səhiyyə komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Kəmaləddin Qafarovun “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” deməsi hələ də müzakirəyə səbəb olub. 

Tacxeber.com-ın xəbərinə görə, tanınmış pediatr Vaqif Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyəti çox aşağıdır:

“Pandemiyadan sonra bu sahədə aləm bir-birinə qarışıb. İdxalçılar dərmanların qiymətinin bahalığını Rusiya-Ukrayna müharibəsi ilə əlaqləndirirlər. Lakin məsələ burasındadır ki, Avropadan ölkəmizə gələn dərmanlar da çox bahadır. Yəni, belə paradoksal zəncir alınıb. Ucuz satanlar yoxdur, çünki ölkəyə ucuz dərmanlar gətirilmir, olanlar da bahadır. Əlbəttə ki, təcili bunu tənzimləmək lazımdır.

Milli Məclisdə deputatların həmin çıxışına qulaq asmışam, parlamentdə də dərmanların bahalaşması ilə bağlı fikirlər səsləndirilib. Təbii ki, hər bir halda bu dövlətin işidir. Həkim kimi ancaq onu deyə bilərəm ki, dərmanların keyfiyyəti çox pisdir. Hətta, axırıncı pandemiyada Alman aptekindən alınan dərmanlar da qızdırmanı aşağı salmırdı. Bununla bağlı valideynlər də şikayət edirdi. İnanın ki, adam utanır, ölkəyə gətirilən dərmanlar o qədər keyfiyyətsizdir ki, adi qızdırmanı belə aşağı sala bilmirsən”.

Tacxeber.com

Oxşar xəbərlər