• 20 Sentyabr 2024 08:27

Tualetin divarını deşib 500 min dollarlıq soyğun etdilər – VİDEO

 

ABŞ-ın Vaşinqton ştatında ticarət mərkəzindəki “Apple” mağazasına bitişik qəhvəxanada oğrular tualetin divarını deşərək mağazaya daxil olublar.

Tacxeber.com “Komonews” qəzetinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla 20:00-21:00 arasında baş verib.

Dələduzlar təxminən 436 “iPhone” və digər “Apple” elektronikası da daxil olmaqla 500 min dollar dəyərində mal oğurlayıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Oxşar xəbərlər