Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, siyahı “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb.
Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub.