• 23 Noyabr 2024 01:12

Microsoft 3 milyon dollar cərimələndi 

 

Microsoft ABŞ sanksiyalarını pozduğuna görə 3 milyon dollar cərimələnib
Microsoft ABŞ sanksiyalarını pozduğuna görə 3 milyon dollar cərimələnib

“Microsoft” korporasiyası Rusiyaya qarşı da daxil olmaqla sanksiyaların pozulması ilə əlaqədar 3 milyon dollar ödəməyə razılaşıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə cümə axşamı Xarici Aktivlərə Nəzarət İdarəsinin (ABŞ Maliyyə Nazirliyi yanında) yaydığı məlumatda deyilir.

Departamentin məlumatına görə, Microsoft öz məhsullarının Krımda istifadəsinə icazə verməklə ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyalarını pozub. Qeyd olunur ki, pozuntular “bloklanmış Rusiya hüquqi və ya fiziki şəxsləri” ilə bağlı olub və “Microsoft bölmələrinin öz məhsullarının qadağan olunmuş şəxslər tərəfindən istifadəsini müəyyən edə və qarşısını ala bilməməsi” nəticəsində baş verib.

Tacxeber.com

Oxşar xəbərlər