• 22 Noyabr 2024 18:56

Brilliant Dadaşovadan bayağı mahnılar ifa edən müğənnilərlə bağlı: “Bir parça çörək pulu qazanırlar” – VİDEO

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlması həm cəmiyyət həm də şou əhli arasında birmənalı qarşılanmayıb.

Tacxeber.com xəbər verir ki, sözügedən qurumun keçirdiyi iclasda Xalq artisti Brilliant Dadaşova çıxış edib.

Sənətçi bildirib ki, radio və televiziyalarda mahnılar düzgün şəkildə təbliğ olunmalıdır:

“Xalqın nümayəndələri, oxumaq arzusunda olan gənclərimiz bir parça çörək pulu qazanmaq istəyirlər. Onlara mane olmaq olmaz. Amma televiziyalarımız bu mahnılara qayda-qanun qoysalar, bütün məşhur olmaq istəyənlər, “YouTube”da nə qədər baxış sayları olsa da, onlar yenə də televiziyanın qoyduğu qayda-qanuna uyğun gəlmək istəyəcəklər.

Çünki xalq televiziyanı çox ciddi qəbul edir. Biz nə qədər desək ki, televiziya verilişlərinə baxmırıq, amma xalq televiziyanı norma kimi qəbul edir. Musiqi redaktorları isə savadlı, ədəbiyyatımızı və musiqimizi bilən insanlar olmalıdır. Radio və televiziyalarda mahnılar düzgün təbliğ olunmalıdır”. (bizim.media)

Tacxeber.com

Oxşar xəbərlər