• 23 Noyabr 2024 00:19

Mahir Emrelinin yararlana bilmədiyi qol imkanı Türkiyədə gündəm oldu – VİDEO

 

Türkiyənin “Konyaspor” klubunun formasını geyinən Azərbaycan millisinin üzvü Mahir Emrelinin “Antalyaspor”a qarşı Super Liqa oyununda əldən verdiyi qol şansı müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, forvard 1:1 hesabı ilə başa çatan qarşılaşmanın son dəqiqələrində cinah ötürməsindən sonra topa toxuna bilməyib. Komandanın baş məşqçisi Aleksandar Stanoyeviç matçdan sonra bildirib ki, Emreli yüz faizlik qol imkanını boşa verib. “Konyaspor” azarkeşləri isə sosial şəbəkələrdə 25 yaşlı hücumçudan narazılıqlarını dilə gətiriblər. Onlar Emrelinin komandadan göndərilməsini istəyiblər.

Mahir qarşılaşmadan sonra fanatlara yaxınlaşaraq, qol fürsətindən yararlana bilmədiyi üçün üzr istəyib.

Milli üzvü qışda Zaqreb “Dinamo”sundan icarə əsasında keçdiyi “Konyaspor”da meydana çıxdığı dörd oyunda nə qol, nə də assistlə yadda qalıb. O, “Antalyaspor”la görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 66-cı dəqiqədə oyuna qoşulub.

 

Oxşar xəbərlər