• 22 Noyabr 2024 18:21

“İran kanalı deputat Razi Nurullayev haqqında böhtan yayıb” – Foto

“İran kanalı deputat Razi Nurullayev haqqında böhtan yayıb” - Foto

 

 

“İran kanalı deputat Razi Nurullayev haqqında böhtan yayıb”.

Tacxeber.com xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan deyib.

O, bildirib ki, Razi Nurullayev İran casusları, İranın təxribatları haqqında danışıb.

“İranın “Sahar Azeri” televiziya kanalı, İranın ölkəmizə qarşı pis niyyətini, dövlətimizə qarşı təxribatlarını, törətdiyi terrorları, ölkəmizdəki casuslarını ən sərt formada tənqid edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev haqqında böhtan yayıb. İran kanalının saxta məlumatına görə, guya azərbaycanlı deputat Azərbaycan xalqını təhqir edib.

Əslində isə onların paylaşdığı videoda Razi Nurullayev İran casusları, İranın təxribatları haqqında danışır.

Milli Cəbhə Partiyası hər zaman olduğu kimi, bu gün də dövlətçiliyin yanındadır. Sədrimiz Razi Nurullayev və hər bir partiya üzvü, bundan sonra da dövlətimizə zərər verməyə çalışanlara, ölkəmizdəki xarici casuslara, vətən xainlərinə və onların himayədarı olan ölkələrə qarşı mübarizə aparacaq”.

Tacxeber.com

Oxşar xəbərlər