• 16 Sentyabr 2024 23:48

İranda bu qadınları kameralar tapacaq

 

İranda hicab taxmayan qadınları ağıllı kameralar aşkar edəcək.

Tacxeber.com xəbər verir ki, kameralar İranın küçələrində geyim qaydalarına əməl etməyən qadınların kimliyini də müəyyən edəcək.

Qaydalara əməl etməyən şəxslərlə bağlı xəbərdarlıq mesaj şəklində göndəriləcək. İran rəsmiləri bu addımın vətəndaşlarda hər hansı bir gərginliyin yaşanmaması üçün təhlükəsizlik qüvvələri tərəfindən yenilikçi bir tədbir olduğunu bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər