• 22 Noyabr 2024 11:29

Tanınmış professordan xərçənglə bağlı xəbərdarlıq – Bitki ilə müalicə…

 

Türkiyənin məşhur onkoloqu, professor Sədi Kərəm Okuturun xərçəng xəstəliyinin müalicəsi ilə bağlı açıqlaması diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, professor xərçəngə yoluxan insanların qısa müddət ərzində sağalmaq üçün alternativ üsullar axtarışında olduğunu deyib.

Sədi Kərəm Okutur bitkilərlə müalicəni düzgün hesab etmir: “Tanıdığım sınadı və yaxşılaşdı”, “Bir bitki var, çox yaxşıdır” deyə məsləhətlər dildən-dilə dolaşır və xəstələr arasında yanlış təsəvvür formalaşdırır.

Bu cür zərərli “tövsiyələr” xəstəliyin müalicəsində axsamalara səbəb ola, onkoloji dərmanlarla qarşılıqlı əlaqədə müalicə prosesinə zərər verə bilər”.

Onkoloq onu da qeyd edib ki, dost-tanışın tövsiyəsi ilə bitkilərlə müalicə əvəzinə müxtəlif masaj, aromaterapiya, yoqa kimi üsullar xərçəngdə müalicə prosesinə müsbət təsir göstərir.

Sədi Kərəm Okuturun fikrincə, kurkumin, aloe vera, jenşen, reişi kimi bitki mənşəli məhsullar dərmanlarla qarşılıqlı reaksiya girə bilər: “Fitoterapiya kimi tanınan bitki mənşəli müalicələr cəmiyyətdə marağa səbəb olur. Çünki hər xəstəliyin təbiətdə dərmanı olduğuna dair bir inanc var. Təəssüf ki, bu inanc həyat və təbabət həqiqətləri ilə bir araya sığmır. Əvvəla, bu məhsulların heç biri dərman deyil. Onlar qida əlavəsi hesab edilir, hansısa xəstəliyi müalicə etmək qabiliyyətinə malik deyil”.(Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər