Hələ bir aydır tanışıq, odur ki, ağızdolusu danışa bilmirəm. İnşallah yaxşı olar, toy haqqında danışmaq tezdir.
Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “Mtv Magazin” verilişinə müsahibəsində deyib. Ümrə ziyarətində tanış olduğu bəydən danışan ifaçı xoşbəxt olduğunu gizlətməyib. Sənətçi əmindir ki, sevgilisi Allahın ona göndərdiyi qismət payıdır.
“Əsas odur ki, məni sevir və hörmət edir”, – Mina Hüseyn bildirib.