• 20 Sentyabr 2024 02:13

Nazpəri Dostəliyeva nəvəsi ilə görüşə bilmir

 

Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi haqqında açıqlama edib.

 Tacxeber.com xəbər verir ki, müğənni bu barədə “Günaydın, Azərbaycan” verilişində danışıb. O, dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib:

“Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər