• 23 Noyabr 2024 00:03

“Qorxudan səhərə qədər yata bilmirəm…” – Zaura nə olub?

 

 

“Biz artıq bir neçə ildir ki, təyyarəyə minmirik. Zaurun təyyarəyə fobiyası yaranıb. Mən də ona deyirəm ki, necə olur ki, evlilikdən qabaq gəzmədiyin yer qalmadı, mənə qalmışdı bu təyyarə fobiyası?”.

Bunu “Zaurla Günaydın”ın xanım aparıcısı verlişdə bildirib. Günayın sözünü təsdiq edən Zaur, səbəbini belə izah edib: “Mən qorxuram təyyarəyə minməkdən. Səbəbini deyim niyə:

Çünki onda mən tək idim, mənim onda heç bir məsuliyyətim yox idi. Adam ailə qurandan sonra övladını, ailəni itirmək qorxusu yaranır. Doğrudan, səbəbi itirmək qorxusudur. Birdən fikirləşirəm ki, “Ay Allah başıma nəsə iş gələr, ailəm necə olar?!”. Belə şeyləri beynimdə fikirləşə-fikirləşə ondan sonra məndə çox pis bir qorxu əmələ gəlib.

İndi təyyarənin adı gələndə səhərə qədər tər basır məni, əsəb, stress, gərginlik… Təyyarəyə minənə qədər 3 dənə yuxu dərmanı atıram ki, heç nə hiss etməyim, heç olmasa nəsə olsa yuxulu olum”. (milli.az)

Tacxeber.com

Oxşar xəbərlər