• 23 Noyabr 2024 03:22

Ateroma nədir?

ateroma nədir səbəbləri

Ateroma dəri piy vəzisinin xoşxassəli şişidir. Xəstəliyin əsas səbəbi piy axarlarının tixaclanmasıdır. Ateroma dərinin piy vəziləri ilə zəngin nahiyələrində lokallaşır. Törəmələr dairəvi, dəqiq sərhədli, palpasiya zamanı ağrısız olur. Ateroma dermatoloji müayinə zamanı diaqnozlaşdırılır.

Onun kənarlaşdırılması radiodalğa metodu və ya cərrahi üsulla mümkündür. Müalicə olunmazsa, irinləmə və ya yumşaq toxumaların absessini yarana bilər.

Ateromanın yaranma səbəbləri

Orqanizmdə dəri piyi axanının pozulması və ya pyi axarlarının tam tıxaclanması ilə nəticələnən istənilən proses ateromaya səbəb ola bilər. Hiperhidroz, dermanın buynuz qatının pozuntusu nəticəsində epidermisin qalınlaşması baş verir, buynuzlaşmış hüceyrələrin təbii qatılaşması pozulur və bu da piy axarlarının tıxaclanmasına gətirib çıxarır. Ateroma hormonal pozuntular fonunda da əmələ gələ bilər.

Bu zaman piy vəzisi sekretinin qatılığı artır ki, bu da dərinin ifrazetmə funksiyasını zəiflədir. Ətraf mühitin çirklənməsi, peşəkar zərərlər, şəxsi gigiyenaya düzgün əməl etməmək, piy axarlarını daraldan kosmetik preparatlar, həmçinin antiperspirant-dezodorantlar ateromanı yaradan səbəblərdəndir.

Ateromanın əlamətləri

Qeyd olunduğu kimi, ateroma dərinin piy vəziləri ilə zəngin nahiyələrində lokallaşır. Buraya başın tüklü hissəsi, çənə, boyun və kürək dərisi, qoltuqaltı və qasıq çuxurları aiddir. Zahirən ateroma çox da böyük olmayan ölçüdə, hamar və hərəkətlidir. Dəqiq sərhədləri var, qatı daxili tərkibə malikdir. Toxunduqda ağrı vermir. Bəzən ateromanın mərkəzində piy vəzisinin iriləşmiş axar dəliyini müşahidə etmək olar. Ateromalar həm bir neçə, həm də çox sayda əmələ gələ bilər. Onların ölçüləri də dəyişkəndir, bəziləri 4-5 sm-ə çatır. Böyük ölçülü ateromalar pasiyentlərdə diskomfort yaradır, sürtülmə yerlərində – paltarla təmasda olduqda, ətraf toxuma və damarları sıxır və oardakı metabolizm prosesini pozur.

Ateromanın insan orqanizminə birbaşa ziyanı yoxdur, lakin uzun müddət müdaxilə olunmazsa, o, irinləmə verərək, dərialtı absess yarada bilər. İltihabi proses ateroma nahiyəsində ağrı yarada, şişkinlik və dəri hiperemiyası verə bilər. İrinləmiş ateroma öz-özünə açılmağa meyillidir, bu zaman şişdən irin və piyəbənzər maddə ifraz olunur.

Ateromanın diaqnostika və müalicəsi

Diaqnostika müayinə üsulu ilə aparılır. Başlıca diaqnostik əlamət piy vəzisinin genişlənmiş axarnın olmasıdır. Ateromanı fibroma və lipomadan differensasiya etmək lazımdır. Radiocərrahi metod ateromanı minimal zədələnmə və qan itkisi ilə aradan qaldırmağa imkan verir. Cərrahi müdaxilədən sonra çapıq və kəsiklər qalmır, yara tez sağalır və heç bir ağırlaşma müşahidə olunmur.

Tacxeber.com

Oxşar xəbərlər