Tacxeber.com xəbər verir ki, bunu Avstriyanın Avropa Birliyi və Konstitusiya üzrə naziri Karolina Edtstadler BCM-in Putin haqda orderini şərh edərkən deyib.
“Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar cinayət işləri üzrə hakim olmuşam və BCM tərəfindən bu beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”, – o bildirib.
Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.