Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar – FOTO
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər.
“Report” xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb.
Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Azərbaycanlı əsgərə qarşı edilənlər bunun nümunəsidir. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub.