Rusiya İrəvanla Bakı arasında sülhün tezliklə bağlanacağına ümid edir.
Tacxeber.com xəbər verir ki, bunu Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının sessiyasında Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.
Valentina Matvienkonun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması üçün hər şeyi etməyə davam edir.
Qeyd edək ki, aprelin 14-də MDB Nazirlər Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında danışıqlar aparılıb. Görüş zamanı iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyini qeyd ediblər.