“Ümumiyyətlə, bir məhsul yalnız 1 dəfə dondurula bilər. Marketlərdə satılan dondurulmuş məhsulları alanda diqqətli olmaq lazımdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, generatorla təmin olmayan marketdə işıqlar söndükdə dondurulmuş məhsulların buzu əriməyə başlayır:
“Daha sonra işıq yandıqda məhsul yenidən donmağa başlayır. Bunun nəticəsində qida zəhərlənməsi ola bilər. Çünki bir məhsulu ikinci dəfə dondurmaq zərərlidir. Əgər qablaşdırılmasında hər hansı bir deformasiya yoxdursa və yaxud məhsul qabın içində bir-birinə yapışmayıbsa, onda istehlak etmək mümkündür. Ev şəraitində də bu qaydalara riayət etmək lazımdır”.