“Biz qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”.
Tacxeber.com xəbər verir ki, bu sözləri İrəvandan qayıdan azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib.
İdmançı ermənilərin bütün dünyaya rüsvay olduğunu qeyd edib: “Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”.
Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.