• 22 Noyabr 2024 21:10

“Ermənilərlə daim konfliktdə olaq ki, içimizə girib qızlarını bizə sırımasınlar…” – Tanınmış vəkil

“Ermənilərlə daim konfliktdə olaq ki, içimizə girib qızlarını bizə sırımasınlar...”  - Tanınmış vəkil

 

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. 

İnsidenti həyata keçirən dizayner və təşkilatçılardan biri Aram Nikolyan isə polis mərkəzinə aparılsa da, daha sonra sərbəst buraxılıb. Bundan sonra isə Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi birgə bəyanatla çıxış edərək İrəvandakı çempionatda mübarizə aparmaq üçün gedən 12 idmançımızın bu gün Vətənə qayıdacağını bildirib.

Aram Nikolyanın vəkili Aleksandr Koçubayev mətbuata açıqlamasında deyib ki, onun əməlində hər hansı bir cinayət tərkibi yoxdur deyə Nikolyana qarşı hər hansı bir cinayət işi açılmayacaq.

Tanınmış vəkil Adəm Məmmədov isə Yenisabah.az-a açıqlamasında qeyd edib ki, əslində, dövlət gerbi və bayrağa qarşı qanunsuz hərəkət edilməsi dövlətlərin öz atributlarına münasibətdə olan bir məsələdir:

“Əgər həmin ölkənin qanunvericiliyində hər hansı bir məsuliyyət yaratmırsa, bayrağımızı yandıran Aram Nikolyan məsuliyyətə cəlb oluna bilməz.

Azərbaycanda keçirilən hər hansı bir yarışda Ermənistanın bayrağı yandırılsa, onu yandıran şəxsi necə məsuliyyətə cəlb etmək olar? Çünki bu, başqa bir dövlətin siyasi atributudur. Yenə deyirəm, öz bayrağımıza münasibətimiz başqadır, amma bunu xarici ölkə bayrağına aid etmək olmaz. Bu, sadəcə siyasi bir məsələdir”.

Vəkil xatırladıb ki, dünyada bir çox imperialist dövlətlərin bayraqları etiraz aksiyalarında yandırılır:

“Sadəcə bu, çox həssas bir məsələdir. İndiki dönəmdə bunu nəzərə almaq lazım idi. Mən həmin videogörüntüyə baxdım, açıq görünür ki, ona şərait yaratdılar ki, bayrağımızı yandırsın. Onlar öz xislətlərini gizlətmədilər. Sadəcə olaraq həmin o erməni özünü “qəhrəman” kimi cəmiyyətə təqdim etdi. O, başqalarına baxanda riskə getdi və bunu edəndə də kimsə ona müdaxilə etmədi”.

“Belə götürsək, burada ölüm işi yoxdur, sadəcə mənəvi məsələdir. Ona görə də bu işə qarşı cinayət işi başlanmasına heç bir səbəb yoxdur. Sadəcə, siyasətçilər buna münasibət bildirə bildirərlər”, – deyə müsahibimiz Aram Nikolyana qaşrı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işinin açılıb-açılmayacağı sualını şərh edərkən deyib.

“Ermənidən bizə qardaş-dost ola bilməz. Mümkün deyil. Biz elə onlarla konfliktdə olsaq, yaxşıdır. Ömür boyu konfliktdə olaq ki, içimizə girib qızlarını bizə sırımasınlar, dost, kirvə olmasınlar. Qoy, rədd olub getsin, bizə qarışmasınlar. Onsuz da erməni xalqı xəstə və qəliz bir millətdir. Bu gün Avropada sərhəd məsələləri yığışdırılıb, ermənilər torpaq iddiası edirlər. Biz azərbaycanlı olaraq mədəni xalqıq. Qonşumuz erməni yox, başqası olsa idi, heç sərhəd də olmazdı bizdə. Onlar bizim ana-bacılarımızı, qardaşlarımız güllələyib. Qətlə yetiriblər deyə, istər-istəməz bu, bizə də təsir edib. Onlar bizi də özlərinə oxşatmaq istəyirlər. Ona görə də onlarla sülh istəmək mənə görə mümkünsüzdür”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər