Kokain kralı Pablo Eskobarın həyatı haqqında kitablar yazılıb, filmlər çəkilib. Bununla dünya mədəniyyətində zəngin və nüfuzlu bir narkobaronun obrazı yaradılıb.
Reyting.az-ın məlumatına görə, Pablo Eskobar kasıb ailənin övladı deyildi. Gələcək narkobaron, Kolumbiya standartlarına görə, orta səviyyəli bir ailədən idi.
Eskobar uşaqlıqdan xalqın arasına girmək, nüfuz qazanmaq və Kolumbiya prezidenti olmaq arzusu ilə hərəkətə edib. Buna baxmayaraq, Pablo erkən yaşlarından cinayət dairələrində fəallıq göstərib və Medellinin ən yoxsul bölgələrində yaşıdları ilə vaxt keçirib.
Xırda oğurluqdan kokain ticarətinəcən…
Pablo Latın Amerikasının gecəqondularında öz biznesinə başlayır. Deyirlər ki, hətta məktəbdə oğurluq və xırda qaçaqmalçılıq da edib. O, məzar daşlarını oğurlayaraq satmaqdan da çəkinməyib.
Eskobar daha sonra öz dəstəsi ilə avtomobil oğurluğu, reketçilik və marixuana satışı ilə məşğul olmağa başlayıb.
Yeri gəlmişkən, o, alkoqol, tütün və kokaindən bütün həyatı boyu istifadə edib.
Zaman keçdikcə dəstə üzvləri və cinayətlər daha da artır. 1971-ci ildə Medellində tanınmış sənaye oliqarxı Dieqo Eçevario qaçırılıb, onun cəsədi sonradan zibillikdən tapılıb. Cinayətin üstü heç vaxt açılmasa da, bu işin arxasında kimin dayandığını çoxları bilirdi.
Kasıblar Eçevarioya nifrət edirdilər, ona görə də Eskobar və onun dəstəsinə dərin minnətdarlıq və hörmət bəsləyirdilər.
Bir il sonra Eskobarın qrupu Medellinin ən məşhurlarından birinə çevrilir, onlar yeni bir iş – kokain ticarətinə başlayırlar. Kokainin bazar qiyməti maya dəyərindən yüzlərlə dəfə yüksək olduğu üçün qazanc heyrətamiz idi. Pablo narkobiznesə böyük sərmayə qoymuşdu: o, yeni avadanlıqlar, təyyarələr və hətta bütün infrastrukturu olan bütöv bir ada almışdı.
1977-ci ildə bir neçə nüfuzlu ailənin birliyi ilə Medellin karteli qurulur. Cəmi bir il ərzində kartel o qədər genişlənir ki, narkotikin bütün marşrutuna – Peru dağlarındakı koka kolundan Mayami gecə klublarına qədər nəzarət edir. Biznesə tam nəzarət çoxlu pul gətirir – ildə on milyonlarla dollar. Əvvəlcə Eskobar və şirkət belə bir sərvətlə nə edəcəklərini bilmirdilər. Onlar yüzlərlə villalar və bahalı avtomobillər alıb, ekzotik heyvanlarla parklar salıblar. Panama banklarına da pul göndərilib.
Kasıb ərazilərdə də qəfildən yeni evlərin tikintisinə başlanılıb və bəzən pulları gecəqonduların sakinlərinə paylayıblar.
Siyasi terror
Eskobarın sərvəti getdikcə artırdı. Bundan sonra Latın Amerikasının ən zəngin və ən güclü narkotik alverçisi Kolumbiyanın həyatında böyük rol oynamaq istəyi ilə siyasət meydanına üz tutur. Eskobar 1982-ci ildə Kolumbiya Konqresinə keçməyi bacarır. Bu isə hakimiyyətdə olan insanları qəzəbləndirir. Bir neçə həftə sonra ona qarşı kampaniya başlayır və 1984-cü ilin yanvarında Eskobar Konqresdən xaric edilir. Bununla belə, Pablo Konqresdən sakitcə ayrılmaq niyyətində olmur.
Eskobar əleydarlarından qisas almaq qərarına gəlir. 1984-cü il aprelin 30-da ona mane olan siyasətçilərdən birinin avtomobili avtomat silahla vurulur və nazir ölür.
Narkotik problemini həll etmək ümidi ilə Kolumbiya hökuməti narkotik alverçilərini təhvil vermək üçün ABŞ-la müqavilə bağlayır. Bu, narkotik baronlarını qorxudur, çünki Amerika həbsxanalarında azadlıqlarını satın ala bilmirdilər. Escobarın tərəfdarları qətllərə başlayır: jurnalistlər, siyasətçilər, polislər öldürülür.
Qurbanların sayı mini keçib. Hakimlər və yüksək rütbəli polis zabitləri qətlə yetirilib. Avqustun 18-də isə prezidentliyə namizəd Luis Karlos Qalan güllələnib. Qalanın varisi Sezar Qaviriyanın arxasınca gedən Pablo heç düşünmədən siyasətçinin uçmalı olduğu sərnişin təyyarəsini partladıb.
Pablo Eskobarın qurbanları siyahısına 107 sərnişin əlavə edilib. Amma namizədin möcüzəvi şəkildə bu reysə minmədiyi məlum olub.
Hökumət misli görünməmiş tədbirlər görüb. Onlarla narkotik alverçisi qandallanıb, daha çoxu polis tərəfindən məhv edilib.
Sanki Eskobarın ayaqları altından yer sürüşməyə başlayır. Buna baxmayaraq, qanlı terror öz bəhrəsini verir: bir nömrəli cinayətkarı tutmaq üçün bir neçə uğursuz cəhddən sonra hökumət Pablo ilə sövdələşmək istəyir.
Böyük cinayətkarın qaçışı
Eskobara öz şərtləri ilə Kolumbiya həbsxanasında oturmağa icazə verilir: narkobaron özü həbsxanasını bütün şəraiti ilə inşa etməli idi və polisə 20 km-dən yaxın məsafədən yaxınlaşmaq qadağan edilir. Söz yox ki, Pablo işini ordan idarə etməkdə tamamilə azad idi, onu ya öz klubuna, ya da ofisinə çevirir. Eskobar oradakı günahkar ortaqlara qarşı repressiyalar etməkdən belə çəkinmədi ki, bu da hökumət üçün son damla olur. Escobara qarşı yenidən əməliyyatlar başlayır. Bundan xəbər tutan Pablo sakitcə həbsxananı tərk edir.
Pablo qaçır. Onun karteli isə dağılır. Bəziləri Kali şəhərindən rəqiblərin tərəfinə keçir, kimi də səlahiyyətlilərə təslim olur. Əhali artıq El Patrona etibar etmirdi – onların çoxlu qohumları və dostları Escobarın günahı üzündən öldürülmüşdü.
Pablonun arxasınca təkcə ordu və xüsusi xidmət orqanları gəlmirdi, həm də Kalidən olan quldurlar gəlirdi. Onlar isə onu və bütün ailəsini məhv etməyə hazır idi.
Narkobaron hökumətlə müharibəyə başlayır
Eskobar mübarizə prinsiplərini dəyişməmək qərarına gəlir və ailəsini gizlədərək hökumətlə müharibəyə başlayır. Amma onun əsas istəyi ailəsinə qovuşmaq idi.
1993-cü il dekabrın 2-də Eskobar ailəsinə zəng edir. Pablo oğlu ilə danışarkən onun zəngi izlənilirdi. Tezliklə Eskobarın gizləndiyi ev mühasirəyə alınır. Qısa bir əməliyyatdan sonra Medellinin kabusu və milli təhlükəsizliyə təhdid olan Pablo Eskobar aradan götürülür.
Ölüm zəngi
Pablonun dəfn mərasimi zamanı tabutun aparıldığı küçə minlərlə kolumbiyalı ilə dolu idi: bəziləri kədərlənir, bəziləri açıq şəkildə sevinirdi, lakin onların hamısı əfsanəvi cinayətkarla vidalaşmaq üçün birləşmişdi.