• 22 Noyabr 2024 18:31

Yuxuda qəfil ölümün səbəbləri

Yuxuda qəfil ölümün səbəbləri

 

Son zamanlar yuxuda ölümlərin sayı artıb. Necə olur ki, insan öldüyünü hiss etmədən yatıb ayılmır ?

“Tacxeber” “Medicina”-ya istinadən xəbər verir ki, həkim – kardioloq Valentina Baydinanın sözlərinə görə, belə ölüm riskləri adətən 40 – 45 yaşlı kişilərdə və 60 yaşından sonra qadınlarda rast gəlinir.

Bir insanın ürək xəstəliyi varsa, yuxu fazalarında adi dəyişiklik onu öldürə bilər. Belə faza keçidləri yuxuda yavaşdan sürətə və əksinə olmaqla gecə bir neçə dəfə baş verir.

Bir fazadan digərinə keçid ürək-damar sisteminə kifayət qədər ciddi yük qoyur. Adətən ürək əzələsinin daralma ritmi, qan təzyiqi və s. dəyişir.

Alimlər yuxuda ölüm riskini artıran bir sıra amilləri müəyyən ediblər:

• Ürək qan tədarükünün pozulması;

• Ağciyərlərdə qan laxtalanması, tromb

• Ürək-damar sisteminin xəstəlikləri;

• Həddindən artıq çəki;

• Diabet.

Ürək və damarlarının qaydasında olduğunu düşünənlər də risk altındadırlar. Belə insanlar müntəzəm müayinədən keçmirlər. Nəticədə yatarkən ölüm riski gözlənilmədən insanı haqlaya bilər.

Həkim yuxuda qəfil ölüm riskini aradan qaldırmaq üçün 40 yaşından sonra terapevt və kardioloqa müraciət etməyi tövsiyə etdi.

Tacxeber.com

Oxşar xəbərlər