• 22 Noyabr 2024 12:10

Məşhur futbolçu bu yolla təzminat verməkdən yayındı – FOTO

PSJ-nin mərakeşli futbolçusu Əşrəf Hakimi 2018-ci ildən birlikdə olduğu ispaniyalı həyat yoldaşı Hiba Abouk ilə ayrılmaq qərarına gəlib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra Abouk Hakiminin əmlakının yarısına iddia edib və buna görə onu məhkəməyə verib.

Məhkəmə zamanı isə aydın olub ki, Əşrəf Hakiminin adında heç bir əmlak yoxdur.

Futbolçu bütün əmlakını və sərvətini anasının adına rəsmiləşdirib. Buna görə də PSJ ulduzunun həyat yoldaşı boşanma təzminatını ala bilməyəcək.

Qeyd edək ki, Fransa mətbuatı gənc qadının Hakimi tərəfindən zorlandığını iddia edib. Qadın şikayət verməkdən imtina etsə də, prokurorluq mərakeşli futbolçuya qarşı araşdırmaya başlayıb.

 

Oxşar xəbərlər