• 22 Noyabr 2024 22:06

“Beynimiz bizə davamlı olaraq həzz yaşamağımızı məsləhət görür” – Psixoloq

 

“Boşanmaların sayı hər gün artır. Bunun sayının artmasından da əlavə evliliyin müddəti də çox azalıb. Əvvəl 3-5-10 il evli qalıb sonra boşanırdılarsa, indi 1 ay sonra da boşanma mümkündür. Belə cütlükləri görürük”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O, ailələrdə boşanmaların sayının artmasında cütlüklərarası intim münasibətlərdəki pozuntlulardan söz açıb: “Biz psixoloq olaraq, 2 insanın 3 il bərabər qalıb bir-birilərinə uyğunlaşmadığını görəndə məsləhət görürük ki, ayrılsınlar. Çünki 3 il müddəti cütlüklərin bir-birinə alışması və öyrəşməsi dövrüdür. Bu müddət ərzində isə uşaq dünyaya gətirmək bir o qədər də məqsədəuyğun deyil. Çünki həmin uşaq sonradan ata-ananın etdiyi səhvlərin və digər şeylərin travmasını yaşayır. Ona görə də bu müddət ərzində uşaq dünyaya gətirmək məsləhət deyil”.

O deyib ki, Azərbaycanda boşanmaların ən böyük səbəbi xəyanətdir: “Doğrudur, burada bəzən ailə-məişət problemləri, zorakılıqlar, qadınların şiddət görməsi və imkansızlıq olsa da, bunun əsas səbəbi konkret olaraq xəyanətdir. Xəyanətin də kökündə bir-birini seksual təminetməmə mövcuddur. Daha doğrusu, kişi öz intim tələbatı ödənmədiyi üçün xəyanət etməyə meyllənir”.

Psixoloqa görə, bəzən milli-mental dəyələrimiz xanımlarımızla istədiyimiz kimi intim münasibətdə olmağa sərhəd qoyur: “Yəni mən həyat yoldaşımla bunu edə bilmərəm. Bunlar bizim şüuraltımız, arzumuz və fantaziyamızdakı tələbatımız olduğuna görə biz də bunu etmək üçün başlayırıq özümüzə yeni sevgili axtarmağa, xüsusən də kişilər… Bunun səbəbi də bu intim həyatı yaşamağa görədir. Bəzən isə görürük ki, istədiyi intim həyatı yaşayan kişi öz həyat yoldaşlarından ayrılıb o qadınlarla evlənə bilirlər. Bu səbəbdən də ailə dağılır”.

O əlavə edib ki, burada haram məsələsi, olmazlar, sərhədlər var: “Bu sərhədləri qadınlar gözləsə də, kişilər buna yox deyir və bu baryeri aşmaq istəyirlər. Onu da aşanda artıq ailələrdə xəyanət olur.

Ümumiyyətlə, bu gün xəyanətin sayı sürətli şəkildə artır. Əslində, buna səbəb intim tələbatın tam ödənməməsidir. Bu ödənməyəndə insan bunu digər yerlərdə axtarmağa başlayır. Çünki beynimiz bizə davamlı olaraq həzz yaşamağımızı məsləhət görür. Bu da bizi xəyanətə təhrik edə bilir. Ona görə də kişilər bu addımı qadınlardan daha çox və tez-tez atırlar. Lakin onlar heç peşman olmurlar”.

Tacxeber.com

Oxşar xəbərlər