• 22 Noyabr 2024 16:51

Tural Abbaslı: “Fərid Qayıbov, nə poza verirsən ki?”

 

“Bu adam (gənclər və idman naziri Fərid Qayıbovu nəzərdə tutur-red) o qədər gənclərlə işləməyib ki, yadından çıxıb, nazirdir. Yeni təyin ediləndə deyirdi ki, dostlarım çox zəng edir. Əvvəlki həyatınla indiki həyatında nə dəyişib? Deməlidir ki, məsuliyyətim artıb, Azərbaycan əhalisinin 40%-dən çoxu gəncdir, gənclərdə işsizlik problemi var, futbolumuz bərbad gündədir, onu qaldırmalıyıq, idmanımızı inkişaf etdirməliyik, narkotik bütün regionları bürüyüb… Bu dərdlərlə yüklənən adamın beli əyilər, saçı ağarar. Barak Obama qapqara saçla gəlmişdi, ağappaq saçla getdi. Ərdoğana baxın, Kılıçdar oğlu maşallah ondan böyükdür, amma şuxdur, Ərdoğanın isə beli bükülüb. Yəni Fərid Qayıbovun hava limanında yadından çıxıb ki, bu, nazirdir. Gömrük işçiləri də bu adamı tanımır, haradan bilsinlər ki, nazirdir? Sərinişinlərlə növbədə durub, yarım saat vaxtını itirib. Bu adam dövlətin naziridir. Yarım saatı get otur kabinetində, kiminsə işinə yara, bir adamı qəbul elə də. Guya indi bizə nə poza verirsən ki? Bu, oyundur”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı Müsavat TV-nin efirində deyib.

“Qayıbovu o vaxt dəstəkləyərəm ki, kəndbəkənd düşər, hər üç kənddən bir futbol meydançası yaradar, toplar paylayar, idman aparatları quraşdırar, futbolumuz niyə bu gündədir, bundan danışar. Futbol komandamız 5:0-8:0 uduzub gələndə Fərid Qayıbov gözü yaşara-yaşara danışmalıdır ki, niyə mənim bayrağımı bu günə salırsınız? Narıncı köynəyi geyinib, yaxasına yazıb ki, “qadına qarşı zorakılığa son”. Azərbaycanda qadına şiddət var? ABŞ-dakı, Avropadakı qadına qarşı şiddətin statistikasına da baxın, Azərbaycandakına da. Təbii ki, tərbiyəsiz adamlar hər yerdə var. Amma bizdə prioritet bu deyil. Bizdə narkotik, gənclərin işsizlik, beyin axını problemi var. Hamısı Azərbaycandan gedir. Deyirik ki, gənclərimiz filan yerə qəbul olundu. Bəs sonda neçə gənc Azərbaycana qayıdır? Onlar patriotik hisslərlə Azərbaycana qayıdırlar, bir il onları 600 manat maaşa işlədirlər. Gənclər də peşman olurlar, xaricdə qalan qrup yoldaşlarının uğurlarını görür, çamadanlarını yığıb gedirlər. Beyin axını var. Fərid müəllim gəlsin bunlardan danışsın. Sən hava limanından xüsusi maşınlarla keç, amma təki işini gör. Sən dayananda qoy Bakıda yolu da bağlasınlar, vallah, mən razıyam, təki bir fayda ver. Fərid Qayıbov gənclərə desə ki, mən sizə iş verəcəyəm, Bakıda da vertolyotla gəzəcəyəm, razısınız? Hamı deyər ki, “ləbbeyk, qardaş, ləbbeyk”.

Tacxeber.com

Oxşar xəbərlər