• 22 Noyabr 2024 22:22

DİQQƏT! Bu qidalar insanda aqressiya yaradır

 

Bəzi insanlar tərkibində qatqı maddəsi olan qidanı o qədər çox qəbul edir ki, bu, onun psixologiyasına, əhval-ruhiyyəsinə çox təsir edir.

Maraqlıdır, görəsən, insanı aqressivləşdirən qidalar hansılardır?

Tacxeber.com xəbər verir ki, məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bu gün satışda olan bir çox paketlənmiş məhsulların tərkibində istifadə olunan qida qatqı maddələri orqanizmin sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin insanın psixoloji vəziyyətinə də çox təsir edir.

Onun sözlərinə görə, bu qidalar ilk növbədə insanda hiperaktivlik və aqressivlik yaradır:

“Şokolad, cips, vafli, və peçenye kimi qidaları istehlak edən 25 yaşa kimi olan gənclər daha çox əziyyət çəkirlər. Çünki onlar həmin yaşa qədər inkişaf prosesində olduğuna görə, həmin maddələr onların orqanizmində fəsadlar törədir. Həmçinin qazlı içkilərin istehlakı aqressivlik, yuxu və yaddaş pozğunluğuna səbəb olur. Burada broyler toyuqlar xüsusilə qeyd edilməlidir. Broyler toyuqlara antibiotiklər, hormonal dərmanlar, bəzən də yem olaraq ölü toyuğun ətinin yedizdirilməsi belə həmin toyuğu istehlak edən insanlarda aqressivliyə səbəb olur. Demək olar ki, bununla bağlı dünyanın bir çox yerində araşdırmalar aparılıb və təsdiqlənib. Həm ABŞ-da, həm də Londonda aparılan tədqiqatın nəticələrinə görə, broyler toyuqları istehlak edən uşaqlar daha dalaşqan, aqressiv və sözəbaxmayan olurlar. İnsanlar mümkün olduğu qədər bu cür qidalardan uzaq durmalıdırlar. Bundan əlavə olaraq kolbasa, sosiska, fıstıq, yerfındığı və tuna balığı sinir sisteminə zərər verir. Həddindən artıq şəkər qəbul etdikdə və ya şokolad yedikdə qandakı xolestrol miqdarı artdığı üçün insan daha əsəbi və aqressiv olur. Bundan əlavə marketlərdə paketlənib satılan bulkalar və kruasanların da tərkibində insanda aqressivlik yaradan qidalar var”.

Tacxeber.com

Oxşar xəbərlər