Ermənistan parlamenti dava: “Lazım gəlsə, tüpürərəm” – VİDEO
Ermənistan parlamentinin aprelin 20-də keçirilən növbədənkənar iclasında yaranan gərginlik davaya çevrilib, amma bu dəfə dava müxalifət deputatları ilə təhlükəsizlik qüvvələri arasında baş verib.
Tacxeber.com xəbər verir ki, müstəqil müxalifətçi deputat, parlamentin İnsan haqları və ictimaiyyətlə əlaqələr daimi komissiyasının rəhbəri Taquhi Tovmasyan tribunadan çıxış edərək siyasi aksiya elan edib. O, parlamentin tribunasını tərk etməkdən imtina edib.