• 08 Sentyabr 2024 04:36

İmtahandan yüksək bal toplayan şagird – “Müəllim yanına getməmişəm”

Tam orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ən yüksək bal (297.5 bal) toplayanlardan biri Səbail rayon 160 №-li klassik gimnaziyasının şagirdi Mürşüdlü Nəzrin Elxan qızıdır.

Nəzrin öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.

 

– Yüksək nəticə toplamağınız sizin üçün gözlənilən idi?

 

– Əslində 270 üzərində nəticə gözləyirdim. 290-dan çox olacağına ümidim var idi, ancaq əmin deyildim.

– Nəticəniz barədə məlumat alanda, hansı hissləri keçirdiniz?

– Belə nəticə əldə etdiyim üçün çox sevindim.

– İmtahana necə hazırlaşırdınız, repetitorlarla çalışmısınız?

– Xeyr, xarici dil olaraq alman və rus dillərindən repetitor yanında hazırlaşmamışam. Məktəb dərslərindən öyrəndiklərim əsasında imtahan verdim. Riyaziyyatdan isə ayrıca Türkiyədə təhsil imtahanı üçün hazırlaşırdım.
Xüsusi olaraq müəllim yanına getməmişəm.

– Sözlərinizə görə, siz xaricdə təhsil almaq istəyirsiniz…

– Bəli, Türkiyədə təhsil almaq istəyirəm. Ancaq hansı universiteti seçəcəyimə hələ qərar verməmişəm.

– Hansı qrupa hazırlaşırsınız?

– I qrup üzrə hazırlaşıram. İstədiyim ixtisas isə komputer mühəndisliyidir.

Tacxeber.com

Oxşar xəbərlər