Fransa prezidenti Emmanuel Makron ölkənin şimal-şərqinə səfəri zamanı yerli sakinlər tərəfindən fitə basılıb.
Tacxeber.com xəbər verir ki, sakinlərdən biri Makronun başına yumurta çırpıb.
İnsanlar Makronun çıxışını səs-küylə qarşılayaraq onu dinləməkdən imtina ediblər. Bəzi toplaşanlar isə etiraz əlaməti olaraq özlərilə gətirdikləri qazanları döyəcləməyə başlayıblar.
Qeyd edək ki, bu, dövlət başçısı üçün pensiya islahatları haqqında qanunun qəbulundan sonra ilk səfər olub.