• 22 Noyabr 2024 06:17

Allahşükür Paşazadə: “Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”

 

“Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri bildirib ki, Ramazan ayı mərhəmət ayıdır: “Bu günlərdə biz hər birimiz şəhidlərimizi yad etməli, onları unutmamalıyıq. Bir daha Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”.

Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insanın həyatını itirdiyini xatırladan Allahşükür Paşazadə bunun bir imtahan olduğunu söyləyib: “Hesab edirəm ki, türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”./Report

Tacxeber.com

Oxşar xəbərlər