Azərbaycanda Ramazan bayramıdır Cəmiyyət 21 Aprel 2023 00:14 155 Paylaş Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.Tacxeber.com xəbər verir ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.Xatırladaq ki, bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.Tacxeber.com