• 22 Noyabr 2024 22:34

Meteorizm nədir?

 

 

Meteorizm (qaz)

Mətbəximiz çox zəngindir. Bol yağlı,ədviyyatlı və ətli, hətta ətdən doymayan insanlar var. Gecə yuxudan oyanıb yemək yeyənlər var. Yeməkdən daha çox çörək yeyənlər və yanaşı olaraq gün ərzində sadəcə 1-2 stəkan su içənlər var. Bu sadalananların hər biri meteorizm, yəni həzmin tam olmaması ilə bağlı olan qazın əmələ gəlməsinə səbəb ola bilər.

Qidanın həzmi ağızda çeynənmə ilə başlayır. Çeynənmiş qida udularaq mədəyə düşür, həzm fermentləri ilə qarışaraq kimyəvi mübadilə başlayır ki, bu da nazik bağırsaqda davam edir. Ən son həzm prosesi yoğun bağırsaqda tamamlanır və qalıq orqanizmdən xaric olunur.

Həzm prosesi zamanı az miqdarda qazın əmələ gəlməsi normaldır və yaranmış qaz mədə-bağırsaq sistemi tərəfindən kontrollu şəkildə orqanizmdən xaric olunur. Ancaq bəzən bu həddən çox olur və patoloji hal alır ki, xəstə qazı xaric edə bilmədiyi üçün narahat olur, bu halda müalicə olunmaq gərəkir.

Qazın əmələgəlmə səbəbləri:

Bağırsaq florasının pozulması (disbiyozis)

Həzm prosesinə bağlı hissiyyatın olmaması (nəcis və qaz xaric etmə aktı)

Həzm fermentlərinin çatışmazlığı (öd kisəsi əməliyyatı sonrası,disbiyozla əlaqədar olaraq əmələ gələn pankreas fermentlərinin çatışmazlığı)

Bağırsaq göbələyinin (Candida) varlığı və s.
Bu səbəblərin yaranmasına zəmin yaradan hallar isə aşağıdakılardır:

Sürətli şəkildə qida qəbulu

Uzun aclıqdan sonra bir dəfəyə çox miqdarda qidanın qəbulu

Rejimsiz qidalanmaq

Birtərəfli qidalanma

Az su içmək

Yemək yeyərkən su içmək

Rafinə olunmuş qidalar qəbul etmək

Axşam saatlarında çox yemək

Tualet qaydalarının olmaması

Lifli qidaların azlıq təşkil etdiyi qidalarla qidalanmaq

Bütün bunları nəzərə alaraq hələ də meteorizm problemləri varsa, mütəxəssis həkimə müraciət etmək məsləhətdir.

Tacxeber.com

Oxşar xəbərlər