• 22 Noyabr 2024 21:47

“Ölkədə fətvanı mən vermirəm, Ay görünmürsə, necə oruc tutmayım?” – Elşən Xəzər

 

Hər il olduğu kimi, bu il Ramazan bayramının tarixi ilə bağlı mübahisələr yaranıb. İrandan verilən fətvada deyilir ki, Ay görünmədiyi üçün bayram aprelin 22-si olacaq. Qafqaz Müsəlmanları İdarəsi isə artıq bu haqda fətva verib. QMİ-dən bildirilib ki, bayram bu gün – aprelin 21-dir.

Bu mövzuda sosial şəbəkələrdə və mediada fikir dartışmasına şahid olmaq mümkündür. Müzakirələrə tanınmış din xadimləri də qoşulur.

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı keçmiş meyxanaçı Elşən Xəzərin açıqlama verib.

O, ölkədə bu gün və sabah bayram olduğunu bildirib:

“Allah hər kəsin orucunu qəbul etsin. Bəzən insanlar bilmədikləri şeylərə müdaxilə edirlər. Axı ölkədə fətvanı mən vermirəm. Ay görünürsə, necə oruc tutum? Yaxud görünmürsə necə tutmayım? Qafqaz Müsəlmanları İdarəsi fətva verdi ki, ölkədə bu gün və sabah bayramdır. Mən kimsəyə deyə bilmərəm ki, bu gün oruc tut və ya tutma. Bayramınız mübarək!”./Globalinfo.az

Tacxeber.com

Oxşar xəbərlər